Astarada təhlükəli körpü – SAKİNLƏR QORXU İÇİNDƏ – VİDEO

    9

    Astaranın ikinci ən böyük yaşayış məntəqəsi olan Şiəkaran kəndində 7 minə yaxın insan yaşayır.

    Hurriyyet.org ARB TV-yə istinadla xəbər verir ki, əhalinin 70-80 %-i əkin torpaqlarında işləmək, örüş sahələrinə heyvanlarını aparmaq üçün Pensər çayı üzərindəki körpüdən istifadə edir. Körpü isə 10 ildən çoxdur ki, dayaqlarının qırılması nəticəsində qəzalı vəziyyətdədir.

    Sakin: "Körpü dağılsa, keçməyə yolumuz olmayacaq".

    Sürücü: "Kəndən adamları daşıyıram. Əhalini aparanda təhlükəli durumda oluruq".

    Rayon Fövqəladə hallar komissiyasının sədri Allahverən Mahmudov bildirdi ki, yaranmış vəziyyətdən xəbərdardır:

    "FHN-dən əməkdaşlar gəlib ora baxıb və bildiriblər ki, təhlükə yoxdur. Sadəcə təmirə ehtiyac var. Bu da 2018-ci ilin içində olacaq".