Astarada ata və oğul narkotacir saxlanıldı

45

Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini Fədail Aydınlı bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında tutulub.

Şəxsi axtarış zamanı ona məxsus mobil telefonun üzlüyünün alt hissəsindən isə daha 2 bükümdə heroin aşkarlanaraq götürülüb.

Davam edən tədbirlərlə F.Aydınlının yaşadığı evə keçirilən baxış zamanı onun atası, əvvəllər məhkum olunmuş Çingiz Məmmədova məxsus pul kisəsinin içərisindən 17 bükümdə narkotik vasitə heroin, 1 bükümdə tiryək və elektron tərəzi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.