Astara Rayon İcra Hakimiyyətinə yeni müavin təyin edilib

    6

    Qızbəs Məmmədova Astara Rayon İcra Hakimiyyəti başçısının müavin təyin edilib.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bununla bağlı müvafiq əmr imzalayıb.

    O həmçinin Astara RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də yerinə yetirəcək.

    Qeyd edək ki, Q.Məmmədova bu təyinatadək 2004-cü ildən Astara rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.