Aslan İsmayılov: ““Haradadır Sizin Allahınız, mən onu görmürəm”” deyən” hakimiyyət nümayəndələrinin…”

162

Hüquqşünas Aslan İsmayılov Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirməsinə münasibət bildirib.

Hurriyyet.org-un xəbərinə görə, A.İsmayılov deyib: “İllərdir, müsəlman ölkəsi olan Azərbaycanda Gəncə zonasında yaşayan dindarlardan düşmən, ekstremist obrazı yaradıb onları həbsxanalara dolduran hakimiyyət təmsilçilərinin davranışına və bu gün Gəncədə Prezidentin köməkçisi Anar Ələkbərovun dindarlarla görüşünə, onlara dediklərinə diqqət yetirin. Gəncədə Məscidə ayaqqabılı girib “Haradadır Sizin Allahınız, mən onu görmürəm” deyən hakimiyyət nümayəndələrinin əvəzinə bu gün ölkədə din və dindarlarla bağlı görülən işlərdən hesabat verənlərin fərqini görün. Bu cür ciddi dəyişiklikləri görməyənlər, sadəcə, yaxşı heç nəyi görmək istəməyən, hər şeyi qara rəngdə görənlərdir…”