ASK  “YAŞAT” Fondunun fəaliyyətilə bağlı sahibkarlara müraciət etdi

384

Bir il öncə bütün dünyaya “Qarabağ Azərbaycandır və nida işarəsi”, bəyanatını verən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin taktiki strategiyası, müdrik qərarları, Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində bu gün biz “Qarabağ Azərbaycandır!” reallığının xoşbəxtliyini yaşayırıq. Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi sıx birləşərək, Qarabağımızın azad olunması uğrunda bütün səylərini ortaya qoydu və öz qəhrəmanlığı ilə dünyanı yaxşı mənada təəccübləndirdi. 44 günlük Vətən müharibəsində Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

“Torpaq su tökülərsə palçıq, qan tökülərsə Vətən olar!” Bu gün torpaqlarımızın işğaldan azad edilməsinə şəhidlərimizin canı, qazilərimizin və qəhrəman əsgərlərimizin qanı bahasına nail olmuşuq. Bu gün hər bir azərbaycanlı əldə etdiyimiz zəfərdən böyük qürur hissi duyur və bu fəxarətə görə hər birimiz şəhid ailələrinə, qazilərimizə daima borclu olduğumuzu və onların sosial şəraitinin daha yaxşılaşdırılması üçün əlimizdən gələni əsirgəməməli olduğumuzu dərk edirik.

Məlum olduğu kimi, 8 Dekabr 2020-ci il tarixində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması haqqında ölkə prezidentinin müvafiq Fərmanı olmuşdur. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu fərmandan irəli gələn sosial korporativ məsuliyyət tədbirləri ilə bağlı üzvlərinə müraciət edir.

Hörmətli sahibkarlarımız, Milli Ordumuzun fədakarlığı, qəhrəmanlığı sayəsində Azərbaycan bu gün tarixinin ən  şanlı günlərini yaşayır. Hazırda bütün ölkə vətəndaşları kimi iş adamlarımızın da qəlbi Qarabağımızda döyünür. Həm torpaqlarımızın iqtisadi dirçəlişi məqsədilə biznes layihələri üzərində çalışırıq, həm də şəhid, qazi ailələrinin yanında oluruq. İş adamları olaraq Sizin hər birinizi ölkə Prezidenti cənab İlham Əliyevin bu nəcib təşəbbüsünə qoşularaq, Fərmanın icrasının təmin olunmasında maksimum aktivlik  göstərməyə, birdəfəlik deyil davamlı olaraq bu istiqamətdə iş aparmağa çağırırıq. İnanırıq ki, sahibkarlarımızın YAŞAT fonduna davamlı dəstəyi nəticəsində bütün məsələlərin öhdəsindən birlikdə gələ biləcək, qalibiyyətimizi möhkəm təməllərlə daha da gücləndirəcəyik.  Odur ki, dəstək aksiyasına qoşulmaq istəyən sahibkarlarımızın, xaricdə yaşayan azərbaycanlı iş adamlarının diqqətinə “YAŞAT” fondunun və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun bank rekvizitlərini təqdim edirik:

“YAŞAT” Fondunun bank rekvizitləri

Milli valyutada köçürmələr üçün

Hesabın adı: YAŞAT FONDU

VÖEN: 1701393691

Manat hesabı: AZ76IBAZ38090019447968925204

Bankın adı: Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi filial

Swift kodu: IBAZAZ2X

Müxbir hesab: AZ03NABZ01350100000000002944

Bankın kodu: 805722

Bankın VÖEN-i: 9900001881

Bankın ünvanı: Bakı şəhəri, Z.Tağıyev küç. 3

Tel: (+99412) 937

******

Beynəlxalq köçürmələr üçün – USD

Correspondent bank: Citibank NA, New York

SWIFT/BIC Code: CITIUS33

Beneficiary bank: The International Bank of Azerbaijan

Bank address: Baku, Z. Tagiyev str., 3

Tel: (+994 12) 4989125, (+994 12) 4938487, (+99412) 937

SWIFT/BIC: IBAZAZ2XXXX

Beneficiary: YASHAT FONDU

Beneficiary account: AZ66IBAZ38190018407968925204

ADDITIONAL CORRESPONDENT BANKS:

Deutsche Bank Trust Company Americas, New York

SWIFT/BIC: BKTRUS33XXX

JP Morgan Chase Bank, New York

SWIFT/BIC: CHASUS33XXX

Citibank NA, New York

SWIFT/BIC: CITIUS33XXX

The Bank of New York Mellon, New York

SWIFT/BIC: IRVTUS3NXXX

******

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun rekvizitləri:

Bankın adı: Naxçıvanbank ASC

Bankın müxbir hesabı: AZ18NABZ01350100000000090944

Bank-ın VÖEN-i: 0200432771

Bankın kodu: 505152

Bankın SWİFT-i: NAXBAZ22

Ünvan: Naxçıvan şəhəri, C. Məmmədquluzadə 27

Telefon: 1185

 

Bu müraciət Azərbaycan Sahibkarlar Konfederasiyasının Vitse prezidentlərinin və icra strukturunun rəhbərlərinin iştirakı ilə 17 dekabr 2020-ci il tarixində keçirilən video-onlayn iclasda qəbul olunmuşdur.