Asiyanın ən zəngin adamı məlum oldu

255

Çində qablaşdırılmış su istehsalçısı “Nongfu Shanquan”ın sahibi Konq Şanşan 77,8 milyard dollar sərvəti ilə Asiyanın ən varlı insanı olub.

“Bloomberg”in hesabatına görə onun sərvəti bu il 70,9 milyard dollardan 77,8 milyard dollara yüksəlib.

Şanşan 76,9 milyard dollarlıq sərvətə sahib olan hindistanlı Mukeş Ambanini qabaqlayıb.

Asiyada ən varlı olmasına əlavə olaraq dünyada 11-ci sırada yer alan Şanşan su şirkəti ilə yanaşı, Pekində yerləşən dərman şirkətinin də səhmdarıdır.//Oxu.az