Aşıq Azərin bacısıoğlu: “Elə danışa-danışa getdi”

    12

    Bu gün vəfat edən Aşıq Azər Xanlaroğlu günorta saatlarında dəfn olunacaq. Cənazə Badamdardakı evindən götürüləcək.

    Hurriyyet.org xəbər verir ki, mərhumun bacısıoğlu Süleyman yenicag.az-a açıqlamasında aşığın halının qəfildən pisləşdiyini deyib:

    "Azərin vəziyyəti son iki həftədə pisləşdi, sən demə, daxilində ağırlaşma prosesləri gedirmiş, viruslar oyanıbmış. Bizim xəbərimiz olmayıb. Xəstəxanaya çatdırdıq, artıq gec idi. Komaya düşmədi, elə danışa-danışa getdi".

    Qeyd edək ki, o, uzun illərdir "Hepatit" virusunun daşıyıcısı idi.

    Allah rəhmət eləsin!