“ASAN xidmət” və “Azərsun Holdinq” sərhədçilərə sovqat hədiyyə etdilər FOTO

159

“ASAN xidmət” və “Azərsun Holdinq”in birgə təşəbbüsü ilə 18 avqust – sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə “Azərbaycan əsgəri, səninləyik” sosial aksiyası təşkil olunub.

Musavat.com xəbər verir ki, sosial aksiya çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında hərbi qulluqçulara “Azərsun Holdinq” tərəfindən istehsal olunan qənnadı məhsullarından ibarət sovqatlar təqdim olunub.

Həmçinin hərbi qulluqçulara “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar çatdırılıb. Eyni zamanda orada xüsusi “Əsgərə məktub” guşəsi yaradılıb və əsgərlər tərəfindən Silahlı Qüvvələrin digər bölmələrinə məktublar ünvanlanıb.
Tədbirin məqsədi Azərbaycan əsgərinə, o cümlədən sərhəd qoruyucularına daimi dəstəyi nümayiş etdirmək olub.

Mütəmadi olaraq müxtəlif sosial layihələr reallaşdıran “ASAN Xidmət” və “Azərsun Holdinq” bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töhfə olacağına inanır.