ASALA-nın Moskva iclasından “Terror Anonsu

171

Erməni xalqının sayını “erməni milli maraqlarını müdafiə etdiyini” iddia edən müxtəlif terror təşkilatlarının sayı ilə, eləcə də törədilən terror aktlarının, təxribat, digər xalqlara qarşı etnik təmizləmə ilə müqayisə etsək, onda ortaya acınacaqlı nəticə çıxar: erməni terrorizmi beynəlxalq terrorizmin ən təhlükəli formasıdır. Erməni terrorçularının insanlığa qarşı törətdiyi cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə pislənilməlidir.

Erməni terrorizminin tarixini qısa şəkildə təsvir edən gürcü dilində videonu diqqətinizə çatdırırıq.

Əvvəla erməni etnosu ilə hansısa şəkildə bağlı olan ölkələr və xalqlar, öz torpaqlarında ermənilərə sığınacaq verən və ərazilərinə erməni nasistlərinin iddia etdiyi dövlətlər erməni terrorizmindən daha çox əziyyət çəkirlər.

Erməni terroru Gürcüstandan da yan keçmədi. Əks halda 1992-1993-cü illərdə Abxaziyadakı Bağramyan batalyonunun cinayətləri, videoda da bəhs edilən dinc gürcü əhalinin soyqırımında erməni yaraqlılarının iştirakı necə izah edilə bilər?

İkinci Qarabağ müharibəsinin sona çatması ilə erməni təcavüzkarları sarsıdıcı məğlubiyyətə uğrasalar da, yeni erməni terroru təhlükəsi aradan qalxmadı. Əksinə, daha çox ehtimal olunur. Erməni millətçiləri Qarabağda məğlubiyyətə uğradıqdan sonra digər xalqların torpaqlarında “böyük Ermənistan” yaratmaq planlarından əl çəkmədilər və onların hələ də Gürcüstan torpaqlarına iddiaları var. Belə ki, erməni işğalçılarının məğlubiyyəti və Azərbaycan Qarabağının işğalının sona çatması təəssüf ki, Rusiya Federasiyasındakı erməni təbliğatının mahiyyətini dəyişdirmədi. Burada həm erməni millətçiliyi, həm də onun ən dəhşətli üzü olan erməni terrorçuluğu hələ də qəhrəmanlaşdırılır. Bu mənada, ASALA kimi bir terror təşkilatının Moskvada keçirilən tədbirdə təbliği təxribatdan başqa bir şey hesab edilə bilməz.

13 dekabr saat 14: 00-da “Moskva ermənilərinin görüşü” təşkil edildi. İclasın təşkilatçıları terrorçü təşkilatlar idi: “ASALA-nın tərəfdarları və həmfikirləri Qrupu”, “Xizax-Hayer”, “Dimadrutsyun”.

İclas sosial şəbəkələrin köməyi ilə təşkil edilmişdi və erməni olmayanlar arasında təbliğ edilməmişdi, kənar şəxslər görüşə dəvət edilməmişdi. İclasın nəticələri barədə hələ məlumat verilməyib.

Mahiyyətcə Moskvada erməni terrorçularının görüşü keçirildi. Toplantının rəsmi elan olunan mövzuları: “Ünsiyyət – güclü cəmiyyətin əsasıdır” və “Sözdən işə!” Görüşün ASALA terrorçuları tərəfindən təşkil olunduğunu nəzərə alsaq, “sözdən işə” təhlükəli səslənir – bu, terror hücumlarına kamuflyaj olunmuş çağırışdan başqa bir şey deyil.

Bənzər şəkildə, İŞİD də Moskvada öz “görüşünü” təşkil edə və fikirlərini təbliğ edə bilər. Üstəlik, İŞİD hələ “layihədə” olmadığı zaman, ASALA artıq qanlı terror hücumlarını həyata keçirirdi.

Əslində, Moskvadakı terror təbliğatı və terrorçuların iclasları, demək olar ki, gizlənmədən keçirməsi təhdid simptomudur. Döyüş meydanında Azərbaycan ordusuna qarşı heç bir şey edə bilməyən erməni millətçiləri yaxın gələcəkdə terror kampaniyasına başlayacaqlar. Və yalnız Azərbaycana və Türkiyəyə qarşı yox, böyük ehtimalla Rusiyaya da qarşı.

Fakt budur ki, artıq Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edən Rusiya şirkətlərinə qarşı təhdidlər və ultimatumlar eşidilir. Qarabağ münaqişəsində balanslı mövqe tutmuş rus siyasətçilərinə, politoloqlarına, jurnalistlərinə və ictimai xadimlərinə qarşı təhdidlər var.

Azərbaycana ümumiyyətlə rəğbət bəsləməyən, lakin Qarabağın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisi olduğunu və ya erməni KİV-lərinin yaydığı, “erməni abidələrini təhqir edilməsi” iddiasının saxta olduğunu elan etməyə cəsarəti olan insanlar avtomatik olaraq “erməni xalqının düşmənləri” etiketini alır”. Onlara qarşı təqib və psixoloji təzyiq kampaniyası başlayır.

Erməni terrorizminin nələrə qadir olduğunu qiymətləndirməmək Rusiya -və vaxtilə Sovet- hüquq-mühafizə orqanları üçün baha başa gəldi. Xatırlamaq kifayətdir ki, Moskvada ilk səs-küylü terror hücumu – 1977-ci ildə metroda və ticarət mərkəzlərinin yaxınlığında baş verən partlayış erməni terrorçuları tərəfindən təşkil olunmuşdu. Bu, Qarabağ münaqişəsindən xeyli əvvəl və SSRİ-nin dağılmasından əvvəl idi, lakin erməni millətçiləri onsuz da Rusiyaya və ruslara nifrət edirdilər.

Şübhəsiz ki, həm Ermənistanda, həm də Qarabağdakı Azərbaycan ərazilərində rus hərbçilərinə qarşı, həm də Rusiyanın özündə də erməni lobbisi ilə eyni fikirdə olmayan rus siyasətçiləri və ictimai xadimlərinə qarşı təxribatlar və terror aktları olacaq. Ayıq olmaq lazımdır.

“Kavkazplus”

Tərcümə etdi: Ülviyyə Şükürova