“Arxa çevirmədik” dedilər, amma… Fransa-Yunanıstan münasibətləri

753

Hurriyyet.org xəbər verir ki, 10-11 dekabr tarixində Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər sammitinin ardından Yunanıstanda məyusluq davam edir. Ölkədə Türkiyəyə qarşı sanksiya proqramına qarşı çıxan Almaniya, Fransa, İspaniya, İtaliya, Bolqarıstan, Polşa və Maltaya qarşı böyük hiddət var.

Yunanıstanın Müdafiə naziri Nikolaos Panagiotopoulos, Fransa ilə münasibətlərinin yaxşı olduğunu vurğulamaq üçün “Rafale” hərbi təyyarələri ilə bağlı razılaşmanın bir neçə gün içərisində parlamentdə səsə qoyulacağını bildirib. Müxalifət isə hökumətin xarici siyasətini tənqid edir və Avropa Şurasının qərarının Yunanıstanın üzünə şillə kimi endiyini bildirir.

Yunanıstanda dərc olunan “To Vima” qəzeti Almaniya-İspaniya-İtaliya üçlüyünün sammitdə “Türkiyənin müdafiə çətiri” kimi davrandıqlarını bildirib. Xəbərdə Fransa Prezidenti Emmanuel Makronun uzun müddət Türkiyəyə qarşı çıxışlarına rəğmən, sammitdə sanksiyalar məsələsində könülsüz davranmaqla yunan hökumətində məyusluq yaratdığı vurğulanır.

Qəzet Bolqarıstanla Maltanın da Türkiyənin tərəfində durduqlarını qeyd edərək yazıb: “Afina sammitdə hədəflərindən heç birinə çatmadı”.

Yunanıstanın “Kathimerini” qəzeti isə Aİ sammitində “Yunanıstanın mövqeyinə ən düşməncəsinə yanaşan  ölkənin” İspaniya olduğunu, Polşa və İtaliyanın da bu məsələdə “çox geridə qalmadığını” bildirib.

“Kathimerini” daha sonra yazıb: “Hələ iki ay bundan əvvəl dəniz səlahiyyəti sərhədlərinin müəyyənləşdirilməsi üçün müqavilə imzaladığınız İtaliya Aİ sammitində açıq şəkildə Türkiyənin tərəfdarı olub. Bu vəziyyət Afinanın heç xoşuna gəlmədi”.

Real News” qəzeti isə yazır: “Polşa və Bolqarıstanın baş nazirləri  Mateusz Moraviecki ilə Boyko Borisov Aİ sammitində açıq şəkildə Türkiyəni dəstklədilər. Ərdoğan Merkelin sayəsində sammitdən yara almadan çıxdı”.

İngilis dilində dərc olunan “Greek City Times” internet saytı yazır: “Ankaraya qarşı sanksiyalara açıq şəkildə qarı çıxan Aİ liderləri Almaniyanın Kansleri Angela Merkel ilə Bolqarıstanın Baş naziri Boyko Borisov  oldu”.

Yunan-Fransa razılaşması parlamentdə

Yunanıstanın Müdafiə naziri Nikolaos Panaqiotopoulos 2021-ci il dövlət büdcəsinin müzakirəsi zamanı Yunanıstan-Fransa münasibətlərində problem olmadığını bəyan edib, “Rafale” hərbi təyyarələri ilə bağlı ikitərəfli müqavilənin qarşıdakı günlərdə parlamentdə səsə qoyulacağını bildirib. Donanmanı gücləndirmək üçün freqat satına  almaq məsələsinin də müzakirə edildiyini söyləyən yunan nazir ölkəsinin ən yaxşı iqtisadi və operasional seçim üçün fransızlarla və digər ölkələrdə danışıq apardığını bildirib. Panagiotopoulos deyib: “Fransaya arxa çevirmədik. Donanmamız optimal həll üçün ən yaxşı təklif axtarışındadır”. Fransanın Aİ sammitindəki mövqeyi və bunun freqat bazarı ilə əlaqədar olub-olmadığı ilə bağlı sualın cavabında nazir deyib: “Fransa bizə arxa çevirmədi. Fransanın dəstəyi arxamızdadır”.

Sammitin nəticələri ilə bağlı müxalifət millət vəkillrinin tənqidlərinə cavab verən Panagiotopoulos deyib: “Nə təbrik edirik, nə zəfər qazandıq, nə də başımızı əyib ağlayırıq”.