Arvadının oynaşının çəkdiyi cızıqdan çıxmaq – Ermənilərin sevincinə baxın

147

Azərbaycan Ordusu bütün cəbhə boyu torpaqlarımızı işğaldan azat etdiyi halda, bunların sevindiyi hallara diqqət edin

 

Yazıma mövzuma olduqca uyğun gələn bir lətifə ilə başlayacağam. Ər vaxtından əvvəl məzuniyyətdən evə gəlir. Evdə arvadını oynaşı ilə yaxalayır. Oynaş iri gövdəli və qüvvətli kişi olur, ərdən ən azı iki-üç dəfə cüssəli olur və onu qucağına alıb mətbəxə aparır, yerə qoyur və ətrafına dairə çəkir. “Dairədən çıxsan, başını yerindən qoparacağam!” – deyən cüssəli kişi, qadınla birgə yataq otağına qayıdır.

 

Otaqda planlaşdırılan bütün işini gördükdən sonra oynaş, arvadla sağollaşıb, gedir. Arvad mətbəxə girir və görür ki, əri şaqqanaq çəkib, gülür. Ərindən belə bir reaksiya gözləməyən arvad “sənə nə oldu?”, – deyə təəccüblə soruşur. “Siz orada cinsi əlaqədə olarkən mən üç dəfə dairədən çıxdım!” – ər qürurla cavab verir. Arvadının bu cavaba reaksiyası barədə heç bir şey məlum deyil, amma lətifə bizim mövzumuzla olduqca səsləşir.

 

Çünki real həyatda baş verən hadisələr lətifədən daha az gülməli deyil. Bildiyiniz kimi, sentyabrın 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq genişmiqyaslı əks-hücuma keçdi. Bu ana qədər artıq 4 şəhər, 3 qəsəbə və 200-dən çox kənd işğaldan azad edilib, ən vacib strateji yüksəkliklər nəzarət altına alınıb. Bundan əlavə, Azərbaycan Ordusu Dağlıq Qarabağdakı telekommunikasiya şəbəkəsinə nəzarəti ələ keçirib. “Sputnik Ermənistan” xəbər verir ki, bunu hərbi ekspert, “razm.info” hərbi-analitik portalının koordinatoru Karen Vrtanesyan söyləyib. Bu, ordumuzun nə qədər irəlilədiyini, əks-hücumun necə uğurla getdiyini göstərir.

 

Daşaltının tutulması, Şuşanın azad edilməsi üçün həlledici hücumun hazırlanması barədə məlumatlar var. Rus mənbəsi “Avia.pro” Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı Şuşa şəhərini cənub, qərb və şərq istiqamətlərindən mühasirəyə ala bildiyini və bu yaşayış məntəqəsini həlledici hücuma hazırlaşdığını yazır. Materialda münaqişənin daha da genişlənməsi halında, Azərbaycan Ordusunun əhalinin sürətlə azaldığı Xankəndidən 10 kilometr cənubda yerləşən şəhərə – Şuşaya daxil ola biləcəyi deyilir. Hələ ki, işğal altında olan bu şəhərin əhalisi Ermənistana qaçır. Şəhərin separatçı administrasiyasının rəhbəri David Sarkisyanın “Sputnik Ermənistan”-a verdiyi məlumata görə, şəhərdə cəmi 17 min nəfər insan qalıb. “İndi əhalinin, təxminən 30%-i şəhərdə qalır”, – deyən David Sarkisyan, “rəhbərliyin” şəhərdə qalan sakinlərin təxliyyəsini təşkil etməyə hazır olduğunu qeyd edib.

ŞUŞA – Azərbaycanın incisi Xalqqazeti.com

Bundan əlavə, ordumuz qondarma “DQR”-in hərbi-siyasi rəhbərliyindən çox sayda insanı, eləcə də minlərlə erməni əsgər və zabiti məhv edib. Ermənistan rəhbərliyi itkilərinə dair həqiqi məlumatları gizlədir, lakin onlar çox yaxında – erməni tərəfinin son məğlubiyyətindən sonra ictimaiyyətə məlum olacaq. Bunun qaçılmaz olduğunu “DQR” rəhbərliyinin qalıqlarının İrəvana qaçması da sübut edir. Üstəlik, onlar simvolik olan alman faşistlərinin əlaltısı olmuş Qaregin Njde küçəsindəki bir binada yerləşiblər.

 

İşğal olunmuş bütün ərazilərimizin tamamilə azad edilməsi üçün Azərbaycan Ordusunun uğurlu fəaliyyətini təsdiq edən bütün bu xəbərlərin fonunda, Ermənistan tərəfi dünyanın müxtəlif ölkələrində ayrı-ayrı şəhərlər tərəfindən qondarma “DQR”-ın “müstəqilliyinin” tanınması xəbərinə sevinir. Məsələn, Kanadanın Laval şəhəri bu addımı atdı. Bundan əvvəl İtaliyanın Palermo şəhər bələdiyyəsi də qondarma “DQR”-ın “müstəqilliyini” tanıdı. Və 15 oktyabrda eyni addım İtaliyanın Milan şəhər məclisinin deputatları və Limone şəhərinin ictimai şurası tərəfindən atıldı. Sonra Amerikanın Fovler və Fort Lee şəhərlərinin məclisləri, Fransız Aude-de-Seine departamenti və Fransanın Vienna şəhəri də separatçı qurumu tanıdı.

 

Bu ölkələrin erməni diasporunun fitinə getməsi motivlərindən danışmayacağam. Yalnız onların Ermənistanda baş verənlərə adekvatlığı və reaksiyası məsələsinə toxunmaq istəyirəm. Palermo, Milan, Limon və yuxarıda adı çəkilən digər şəhərlərdən olan cənablar, yəqin ki, tezliklə “DQR”-in yer üzündə olmayacağını bilmirlər. Ordumuz bu istiqamətdə uğurla çalışır. Buna görə, adları çəkilən şəhərlərin separatçıları tanımaq yönündəki fəaliyyəti tezliklə sıfırlancaq.

 

Ancaq Ermənistanın özünün reaksiyası daha təəccüblüdür. Cəbhədə məğlubiyyətə uğrayan işğalçı ölkənin rəhbərliyi, saman çöpündən yapışır – uzaqdan uğura bənzəyən hər şeyi “uğur” kimi qələmə verməyə çalışır. Müxtəlif şəhərlər tərəfindən qondarma “DQR”-in “müstəqilliyinin” tanınması sevinci buradan qaynaqlanır. Az qalıb ki, “DQR”-in hansısa restoran və striptiz klubu tərəfindən tanınmasına da sevinsinlər. Axı bu qondarma qurumu Ermənistan da daxil olmaqla, heç bir dövlət tanımayıb. Bu sadaladıqlarımın fonunda, məqalənin əvvəlində qeyd etdiyim lətifəni xatırlamaq məntiqli olar: Ermənistan Respublikası və “DQR” rəhbərliyinin davranışı, arvadının oynaşı tərəfindən çəkilən dairədən üç dəfə kənara çıxmaqdan qürur duyan bir ərin davranışına bənzəmirmi? \\Ayna