Arvadını qısqanan kişi mağazanı partlatdı

30

Rusiyanın Vladimir vilayətinin Kovrov şəhərində Şaxta baba maskasında olan kişinin mağazada partlayış törətdiyi anın görüntüləri yayılıb. Kadrları “Mash” “Telegram” kanalı yayımlayıb.

Müşahidə kamerasından qeydə alınan görüntülərdə müştərilərin mağazadan qaçdığı və iki kişinin davası nəticəsində manekenlərin aşdığı görünür. Bundan sonra onlardan birinin əlində nəsə tüstüləyib və saniyələr içində partlayış baş verib.  Nəticədə üç nəfər yaralanıb. Partlayışı törədən şəxsin özünün də yaralandığı qeyd olunur, onun qolu qopub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qumbaranı partladan şəxsin arvadı kişinin evdə zorakılıq və hədələrindən danışıb. Tanışlarının sözlərinə görə, buna görə onlar boşanıblar. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Faktla bağlı araşdırma aparılır.