Arvadına mesaj yazan kişini güllələdi – Qusarda NAMUS CİNAYƏTİ

    9

    Qusarda silahlı insident olub.

    Hurriyyet.org open.az-a istinadən xəbər verir ki, dekabrın 2-də 1988-ci il təvəllüdlü Zaman Mərdan oğlu Əhmədov xəsarətlə xəstəxanaya daxil olub.

    Araşdırmalarla müəyyən edilib ki, Z. Əhmədova xəsarəti Qusar rayon sakini Əşrəf Qədirov yetirib.

    Belə ki, Z. Əhmədov Ə. Qədorovun həyat yoldaşının mobil nömrəsinə mesajlar yazıb. Bundan xəbər tutan Ə. Qədirov arvadının adından Z. Əhmədova mesaj yazaraq onu Qusar rayonunun Yeni Yaşayış Massivi adlanan ərazisinə görüşə dəvət edib.

    Z. Əhmədov hadisə yerinə gəlib maşından düşən kimi Ə. Qədirov özü ilə gətirdiyi "TOZ" markalı tüfəngin qundağı ilə birincinin başından zərbə vurub. Z. Əhmədov aldığa zərbənin təsirindən yerə yıxılıb. Ə. Qədirov onu döyməyə başlayıb. Zərərçəkən qaçmaq istəyərkən Ə. Qədirov arxadan ona atəş açıb. Lakin Z. Əhmədov güllə xəsarətini hiss etmədən avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb. Sonradan o, sağrı nahiyəsində ağrılar hiss edib, qan açıldığını görüb və xəstəxanaya müraciət edib.

    Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ə. Qədirov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb.