Arvad fərasəti ilə ərini vəhşi fildən xilas etdi

255

Taylandın Bınqkan vilayətində fərasətli qadın ərini qəzəbli fildən xilas edib. Bununla bağlı “Asia One” nəşri məlumat yayıb. Vəhşi heyvan 33 yaşlı Supat Klonsalaba hücum edərək, az qala onu tapdalayacaqdı.

Klonsalabın 37 yaşlı arvadı Primani Çayrat dərhal ərinin köməyinə çatıb. O, əlinə keçdiyi əşyaları biri-birinə vurmağa və qışqırmağa başlayıb. Heyvan bu səs-küydən qorxuya düşüb və qaçıb. Klonsalab xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilib.