“Artıq “Qarabağ”la oyunu düşünürəm”

261

“Sona qədər çalışdıq. Amma alınmadı”. Bu fikirləri İspaniyanın “Vilyarreal” komandasının futbolçusu Pervis Estupinyan La Liqanın XII turunda “Elçe” ilə qolsuz heç-heçə etdikləri matç barədə şəxsi tvitter hesabında yazıb.

22 yaşlı ekvadorlu müdafiəçi məqsədlərinin hər zaman qələbə qazanmaq olduğunu bildirib: “Artıq Avropa Liqası matçı barədə düşünürəm”.

Qeyd edək ki, “Vilyarreal” Avropa Liqasının VI turunda evdə “Qarabağ”la qarşılaşacaq. Dekabrın 10-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında İstanbuldakı matçda İspaniya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. Estupinyan zədə səbəbindən həmin qarşılaşmada iştirak etməyib.