“Artıq heç kim onları Azərbaycan ordusundan xilas edə bilməyəcək” – RASİM MUSABƏYOV

129

“Düşmənin çarəsi yalnız mülki əhalini hədəf seçməkdən ibarətdir. Artıq, heç kim onları Azərbaycan ordusundan xilas edə bilməyəcək. Havadarları belə gəlsə, bizi haqq yolumuzdan döndərə bilməyəcəklər”

Bunu Hurriyyet.org-a Milli Məclisin deputatı Rasim Musabəyov bildirib. O, ermənilərin Gəncədə mülki əhaliyə qarşı törətdiyi təxribatı hərbi cinayət adlandırıb:

“Bu, ermənilərin törətdiyi vəhşilikdir, barbarlıqıdır və hərbi cinayətdir. Beynəlxalq ictimaiyyət də ümumi şəkildə bunu pisləyir. Amma, düşünürəm ki, konret olaraq məsələni pisləməlidirlər. Biz diplomatik korpusun nümayəndələrini də apardıq, öz gözləriylə erməni vəhşiliklərinin şahidi oldular. Sabah düşmən beynəlxalq icitimaiyyətə yalan məlumatları bildirdik də, Azərbaycanda mülki əhaliyə qarşı törətdikləri təxribatı yadlarına salacayıq. Onlar mülki əhalini hədəf seçməklə, öz nifrətlərini göstərirlər. Düşmənin çarəsi yalnız mülki əhalini hədəf seçməkdən ibarətdir. Artıq, heç kim onları Azərbaycan ordusundan xilas edə bilməyəcək. Havadarları belə gəlsə, bizi haqq yolumuzdan döndərə bilməyəcəklər. Rusiyanın Ermənistana kömək edəcəyini bildirirlər. Artıq, Türkiyə öz fikrini bildirib. Üçüncü dövlət münaqişəyə qarışdığı halda, Azərbaycanla yanaşı Türkiyəni görəcəksiniz”.

YƏHYA