“Arsenal” 27 illik sindromu qıra bilməyib

288

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, artıq ilk iki yarımfinalçı müəyyənləşib. Aşağı liqa təmsilçisi “Brentford” gözlənilmədən “Nyukasl”la görüşdən qalib ayrılaraq yarımfinala adlayıb.

Son üç mövsümün qalibi “Mançester Siti” 27 ildir bu titulu qazana bilməyən “Arsenal”ın qonağı olub. İlk hissə bərabərə nəticələnsə də, fasilədən sonra üstünlüyü ələ alan “şəhərlilər” ardıcıl qollarla rahat qələbə qazanıb və yoluna davam edib.

Mərhələnin digər iki oyunu dekabrın 23-də keçiriləcək. “Stok Siti” “Tottenhem”i (21:30), “Everton” isə “Mançester Yunayted”i (00:00) qəbul edəcək.

İngiltərə Liqa Kuboku
1/4 final mərhələsi
22 dekabr
“Brentford” – “Nyukasl” – 1:0
Dasilva, 66
“Arsenal” – “Mançester Siti” – 1:4
Lyakazett, 31 – Qabriel Jezuş, 3, Mahrez, 54, Foden, 59, Lyaport, 73