Arsen Venger FİFA-da işləyəcək?

    24

    Hurriyyet.org xəbər verir ki, Londonun “Arsenal” klubunun keçmiş baş məşqçisi Arsen Venger Beynəlxalq Futbol Federasiyasında (FİFA) işləməyə razı olduğunu bildirib.

    “Nyu York Tayms” qəzetinin yazdığına görə, 69 yaşlı fransız mütəxəssis FİFA-nın texniki direktoru olacaq. Lakin onun təşkilatdakı vəzifəsinin nə olacağı barəsində hələlik rəsmi açıqlama verilməyib. Güman edilir ki, Venger bütün dünya üzrə məqşçi standartlarının təkmilləşdirilməsi üçün təkliflər hazırlayacaqdır.

    Vengerin təyinatı barəsində rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

    Venger “Arsenal” komandasına 22 il başçılıq elədikdən sonra, 2017/18-ci illər mövsümünün sonunda klubu tərk edib. Onun rəhbərliyi altnda komanda üç dəfə İngiltərə çempionluğunu, yeddi dəfə ölkə kubokunu və Superkuboku qazanıb, 2000-ci ildə UEFA Kubokunun finalına, 2006-cı ildə Çempionlar Liqasının finalına çıxıb.

    Hurriyyet.org