Arman Tatoyan: “Hakimiyyət əsir və itkin düşmüş vətəndaşlara qarşı çox laqeyddir”

288

Ermənistan hakimiyyəti İkinci Qarabağ müharibəsində əsir və itkin düşmüş vətəndaşlara qarşı çox laqeyd münasibət göstərir.

Bununla bağlı Ermənistanın İnsan Hüquqları Müdafiəçisi (Ombudsman) Arman Tatoyan bəyənat yayıb. Bəyanatda deyilir ki, “Ermənistan hakimiyyəti vətəndaşlarının taleyi ilə maraqlanmaq əvəzinə ombudsman aparatına qarşı şərəfsiz komaniya aparır. Əsir və girovlarla bağlı Nazirlər Kabineti və onun strukturları müvafiq beynəlxalq qurumlarla danışıqlar aparmaq səlahiyyətinə malikdir. Əsir və girovların taleyi təkcə məhdud funksiya və imkanlara malik Ombudsman aparatı məşğul olmamalıdır. Ombudsman Aparatı bununla bağlı kifayət qədər hesabatlar hazırlayıb və beynəlxalq insan haqları təşkilatlarına – Avropa Şurasının ofisinə və BMT-nin İnsan Hüquqları üzrə Komissarlarına, Avropa Parlamenti üzvlərinə və ATƏT-ə göndərib”.

Eyni zamanda, insan haqları müdafiəçisi son günlərdə hərbi əsirlər və itkin düşənlər mövzusunun sosial şəbəkələrin erməni seqmentində hər cür spekulyasiyalar aparıldığını bildirib.  “Bir çoxları ombudsman ofisini hərəkətsizlikdə günahlandırır və bununla da hökumətin hərəkətsizliyini gizlətməyə çalışır. Biz bu cür hücumları qınayır və bu hücumların ölkə səlahiyyətliləri tərəfindən koordinasiya edilmiş bir iş olduğunu düşünürük”. \\KONKRET