Arif Əsgərovun qohumu kassasiya şikayəti verdi

    6

    Külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynov Ali Məhkəməyə kassasiya şikayəti verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

    Onun şikayəti hakim Şahin Yusifovun icraatına verilib. Məhkəmə baxış iclası yaxın günlərdə təyin ediləcək.

    Qeyd edək ki, R. Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Hüseynov 9 il azadlıqdan məhrum edilib. R. Hüseynov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri Arif Əsgərovun qohumudur.