Arif Hacılı PA-nın şöbə müdiri ilə görüşə dəvət alıb: “Qəbul etdim”

    3

    “Mənə ünvanlanan suallara cavab olaraq bildirirəm ki, Prezident Aparatının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün dəvət almışam. Görüş təklifini qəbul etdim”. Hurriyyet.org xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında qeyd edib.

    “Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim”,-deyə partiya sədri əlavə edib.

     Şamo EMİN, Hurriyyet.org