Arıçılara ŞAD XƏBƏR: Yeni müəssisə istifadəyə veriləcək

    18

    Azərbaycan balın qablaşdırılması və satışının təşkil edilməsi məqsədi ilə kompleks müəssisə istifadəyə veriləcək.

    Hurriyyet.org bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat yayıb.

    Məlumata görə, müəssisə Türkiyənin Azərbaycandakı səfirliyi, Türk İşbirliyi Koordinasiya Agentliyinin (TİKA) və “Dağ Arıçıları” İctimai Birliyinin sədri, Qubadlı rayon sakini, arıçılıq üzrə mütəxəssis Yusif Quliyevin birgə köməkliyi ilə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində tikilib.

    Sabah baş tutacaq açılışda Türkiyə səfiri, TİKA-nın rəhbərliyi, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin, "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin, Ailə Biznesinə ASAN Dəstək (ABAD) Publik Hüquqi Şəxsinin əməkdaşları, arıçılar iştirak edəcək.