Ardıc sakinlərindən Prezidentə müraciət: Qarabağda kənd salmaq…

654

1988-ci ilin dekabr ayında Ermənistan SSRİ-nin Quqark (Qarakilsə) rayonunun Arçut (Ardıc) kəndindən qaçqın düşmüş və Azərbaycanda məskunlaşmış 340 nəfər kənd sakini Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Bu barədə Hurriyyet.org-a kənd sakinlərinin nümayəndəsi, əslən Ardıc kəndindən olan, siyasətşünas-alim, yazıçı-publisist Elşən Misir oğlu  Nəsibov məlumat verib.

Kənd sakinləri öz müraciətlərində işğaldan azad olunmuş Qarabağda məcburi köçkünlərdən sonra məskunlaşaraq, Ardıc adında kənd salmaq istəyini bildiriblər.

Müraciətlər üçün əlavə imza toplanışı davam edir.