Arçrun Ovannisyan: “Erməni ailələri çoxuşaqlı olmalıdır. Hazırlaşıb qələbə qazanmaq üçün”

636

Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Arçrun Ovannisyan erməniləri gələcək haqqında düşünməyə və daha çox uşaq sahibi olmağa çağırıb.

O özünün facebook statusunda belə bir fikirlə çıxış edib. Onun sözlərinə görə, ermənilər məğlubiyyətdən yaxa qurtarmaq üçün ailələrdə çoxlu uşaqlar doğulmalıdır.

“Heç nəyə baxmayaraq yaşamaq lazımdır. Gələcək planlarım haqqında çox danışacağam. Amma hələlik qeyd edim ki, beşinci və altıncı övladım olacağını düşünürəm. Erməni uşaqları çox olmalıdır. Hazırlaşıb qələbə qazanmaq üçün”, – deyə Ovannisyan Facebook səhifəsində yazıb. \\Konkret