Araz Əlizadədən növbəti anti-türk AÇIQLAMA: “Ankara Suriyada terrorçulara dəstək olur”

6

“Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlar aparılması düzgün deyil”.

Hurriyyet.org xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, eks-deputat Araz Əlizadə deyib.

O, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına, İdlib bölgəsində terrorçulara qarşı mübarizəsinə münasibətini bu cür ifadə edib:

“Türkiyə həmin bölgəyə özü gedib çıxıb. Rəsmi Ankaranı Suriya hökuməti dəvət etməyib. Amma Türkiyənin də bu bölgədə maraqları var, öz sərhədlərini qorumaq istəyir. Ona görə, İdlibə qoşunların yeridilməsi bir qədər məqsədəuyğundur. Lakin Suriya ərazisində hərbi əməliyyatların aparılması düzgün deyil. Soçi sazişinə görə, Türkiyə sərhədlərini qorumaq üçün terrorçuları oradan sıxışdırıb, çıxarmalı idi. Əslində isə terrorçulara dəstək olub, Suriya dövlət qoşunlarına qarşı döyüş aparırlar”.

Qeyd edək ki, Türkiyənin İdlibdə başladığı “Bahar qalxanı” hərəkatı nəticəsində 3 təyyarə, 8 helikopter, 3 PUA, 151 tank, 47 top, 8 havadan müdafiə raket sistemi, 12 tank əleyhinə silah, 4 minaatan, 24 zirehli maşın, 27 zirehli döyüş maşını, 34 silahlı aparat, 60 hərbi vasitə və 10 silah-sursat anbarı məhv edilib, 3138 rejim ünsürü zərərsizləşdirilib.