Araz Əlizadədən XƏBƏR VAR

117

Hazırda xəstəxanadayam və səhhətimlə məşğulam.

Bu fikirləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə deyib.

Partiya sədri bildirib ki, iki aya yaxındır xəstəxanadadır.

Səhhətinin yaxşı olduğunu bildirən Araz Əlizadə qeyd edib ki, təxminən 10 gündən sonra evə buraxılacağı gözlənilir.

Qeyd edək ki, bir neçə ay əvvəl ASDP sədrinin COVID-19-a yoluxması haqqında xəbərlər yayılmışdı.\\Teleqraf