Araz Əlizadə koronavirusa yoluxdu

345

Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, A.Əlizadə “Yeni klinika”ya yerləşdirilib.

Onun həyat yoldaşı da COVID-19-a yoluxub.

Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva açıqlamasında faktı təsdiqləyib.

G.Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi “Yeni klinika”da davam etdirilir.

A.Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir.