“Aravot”: “Tonoyan istefa verib”

57

Hurriyyet.org xəbər verir ki, “Aravot” erməni nəşrinin yazdığına görə, Ermənistanın Müdafiə Nazirinin başçısı David Tonoyan istefa ərizəsi yazıb.

Bundan əvvəl Tonoyan İkinci Qarabağ Müharibəsinin nəticələrinə görə tənqid edilib.

Erməni nəşri yazıb: “Bizim məlumatımıza görə, bu vəzifədə Tonoyanı, Baş nazirin baş müşaviri, 1999-2000-ci illərdə Müdafiə naziri olmuş Vaqarşak Arutunyan əvəz edəcək”.

Hələlik Ermənistanın Müdafiə Nazirliyi bu xəbərlə bağlı açıqlama verməyib.