Aralıq dənizində HƏYƏCAN! – Rusiya ABŞ-ı sıxışdırdı

27

Hurriyyet.org xəbər verir ki, ABŞ donanması Rusiyaya məxsus Su-35 təyyarələrinin Aralıq dənizinin şərqində ABŞ-a məxsus bir P-8A təyyarəsinə müdaxilə elədiyini bildirib.

Donanmadan verilən açıqlamada son iki ay ərzində artıq üçüncü dəfə Rusiyanın ABŞ-ın Altıncı Donanmasına məxsus kəşfiyyat təyyarələrinə müdaxilə elədiyi bildirilir.

Açıqlamada deyilir: “2020-ci il 26 may tarixində ABŞ Donanmasının P-8A təyyarəsi Şərqi Aralıq dənizindəki beynəlxalq hava məkanında uçarkən, Rusiyaya məxsus iki Su-35 təyyarəsi tərəfindən 65 dəqiqə boyunca təyyarənin qarşısı kəsilib. Rusiya pilotları P-8A təyyarəsinin iki qanadına yaxınlaşaraq P-8A-nın manevr qabiliyyətini azaltdığı üçün bu, təhlükəli və qeyri-peşəkar tədbir kimi qeydə alınıb”.

Rusiya təyyarələrinin də beynəlxalq hava məkanında olduğu bildirilən açıqlamada Rusiya tərəfinin müdaxiləsi “məsuliyyətsizlik” kimi qiymətləndirilib.

Bu ilin aprel ayında da Rusiya təyyarələri iki dəfə Amerikanın kəşfiyyat təyyarələrini müşayiət eləmişdilər.

Hurriyyet.org