Aralıq dənizini Türkiyə ilə paylaşa bilməyən Yunanıstanda dəniz daşdı!

22

Hurriyyet.org xəbər verir ki, Yunanıstanda Aralıq dənizi qasırğası başlanıb. Krit adasından başlanan fırtına İyon dənizindəki adalara qədər çataraq böyük bir ərazini əhatə edib.

Fırtınanın bu gün gücədən etibarən Afina və Attika rayonlarına çatması gözlənilir.

Mətbuatda dərc edilən fotolarda qasırğadan sonra dənizlərin daşdığı və bölgələrin sular altında qaldığı görünür.

Yunanıstanın bəzi rayonlarında məktəblər bağlanıb, elektrik enerjisi kəsilib, əhaliyə küçələrə çıxmamaq tövsiyə edilir.