Aralıq dənizində gərginlik! Yunanıstan-Misir sövdələşməsindən sonra türk hərbi gəmiləri yola çıxdı

411

 

Hurriyyet.org xəbər verur ki, Yunanıstanla Misir arasında dəniz sərhədləri ilə bağı imzalanan müqavilədən sonra Türkiyə hərəkətə keçib.

Türkiyənin Xarici İşlər Nazirliyi bu razılaşmanı tanımadıqlarını bildirərək, həmin addımı təxribat kimi qiymətləndirib.

Dəniz səlahiyyətləri sazişindən sonra Aralıq dənizinində gərginlik artdığı bir zamanda Türkiyənin hərbi gəmiləri yola çıxıb.

Türkiyə Dəniz Qüvvələrinin açıqlamasına görə, 10-11 avqust tarixlərində Aralıq dənizinin Antalya sahillərində atəş təlimləri keçiriləcək.

Türkiyənin bu elanı meydan oxuma kimi şərh edilir.