Öldürülmüş daha bir erməni kapitanı

    6

    Aprelin 5-də atəşkəs haqqında razılıq əldə edilib. Lakin bu razılığa baxmayaraq erməni tərəfi kəndlərimizi və mövqelərimizi atəşə tutmağa davam edir. Onlar hətta yaralı daşıyan sanitar tibb maşınını belə atəşə məruz qoyublar. Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilib(anspress).