AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı açıqlandı

    12

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Rocer Geylin iyulun 3-7-də Bakıya səfər edəcək.

    Hurriyyet.org xəbər verir ki, bu barədə "Report"un Fransa bürosuna açıqlamasında həmməruzəçi Stefan Şennak məlumat verib.

    Onun sözlərinə görə, səfərin gündəliyi çox sıx olacaq: "Səfər çərçivəsində bir sıra dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri və hüquq müdafiəçiləri ilə görüşlər keçiriləcək".

    Qeyd edək ki, AŞPA həmməruzəçilərinin bu ilin əvvəlində Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salınmasının səbəbi Böyük Britaniyadakı "Brexit"lə bağlıdır. Ötənilki yay sessiyası zamanı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanı britaniyalı deputat Rocer Geyl əvəzləyib. Gələn ayın əvvəli baş tutacaq səfər onun Azərbaycana həmməruzəçi qismində ilk səfəri olacaq.