MDB XİN rəhbərləri Qarabağla bağlı bəyanat verdi

    3

    APA-nın Moskva müxbirinin məlumatına görə, bəyanatda münaqişə zonasında silahlı toqquşmaların yerli sakinlər də daxil olmaqla, böyük insan itkisinə səbəb olması barədə xəbərlərdən dərin narahatlıq bildirilir: “Münaqişə tərəflərini atəşkəs rejiminə ciddi əməl etməyə və yeni insan ölümlərinə imkan verməmək üçün təmkin nümayiş etdirməyə çağırırıq. Mümkün qədər tez bir zamanda vəziyyətin stabilləşməsi üçün bütün tədbirləri görmək və ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən irəli sürülmüş prinsiplər əsasında münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri aktivləşdirmək vacibdir”