AŞPA-da Səməd Seyidovu o əvəz etdi

    12

    Avropa Şurası Parlament Assambleyasının üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Monitorinq Komitəsinin iclasında Səməd Seyidovun yerinə Serbiya üzrə yeni həmməruzəçi təyin edilib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə komitənin iclasında iştirak edən Serbiya nümayəndə heyətinin sədri Aleksandra Tomic məlumat verib.

    Britaniyalı Robert Godvil yeni həmməruzəçi təyin olunub. Digər həmməruzəçi isə finlandiyalı Maria Guzennia olaraq qalır.