AŞPA-da nümayəndə heyətinin iki yeni üzvü təsdiqləndi

    6

    Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

    Hurriyyet.org xəbər verir ki, MM-dən apa-ya verilən məlumata görə, AŞPAnümayəndə heyətinin tərkibinə namizədliyi irəli sürülən deputatlar Naqif Həmzəyevin və Çingiz Qənizadənin namizədliyi qəbul edilib.

    Onların AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

    Qeyd edək ki, MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rövşən Rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.