Antidopinq qaydalarını pozan federasiyalarımız sanksiya ilə hədələndi

345

2021-ci ildən yeni antidopinq qaydalar qüvvəyə minəcək.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli keçirdiyi onlayn mətbuat konfransında açıqlama verib.

O bildirib ki, yeni qaydalara əsasən, federasiyalar üzərinə düşən öhdəlikləri yerinə yetirməlidirlər. İdmançıların siyahısını və təlim-məşq toplanışı ilə bağlı məlumat verməlidir.

Əks halda, müəyyən sanksiyalar nəzərdə tutulub: “12 ay ərzində yerli səviyyədə 6-dan çox və ya beynəlxalq səviyyədə 3-dən çox qayda pozuntusu olarsa, federasiyaya sanksiya tətbiq ediləcək”.

Ş.Hüseynli indiyədək antidopinq qaydalarının icrası baxımından federasiyalarla müəyyən problemlər yaşadıqlarını etiraf edib.