ANKARADA GÖRÜŞ BAŞA ÇATDI! – ABŞ TÜRKİYƏYƏ VƏD VERDİ

    6

    Hurriyyet.org xəbər verir ki, bu gün Ankarada ABŞ nümayəndə heyəti ilə görüş keçirilib. Türkiyə ilə Amerika arasında Suriya məsələsi müzakirə edilib. Türkiyə XİN mətbuat katibi Hami Aksoy ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq edərkən, türk şirkətlərinin mənfəətlərini zədələməməyə çalışmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini vəd elədiklərini bildirib.

    Görüşün əsas mövzusunun Menbiç olduğunu bildirən Aksoy iki ölkə arasında hazırlanan mətnin yekun versiyasının iyunun 4-də xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ xarici işlər naziri Mayk Pompeo arasında Vaşinqtonda keçiriləcək görüşdən sonra bəyan ediləcəyini söyləyib.

    Hurriyyet.org