ANKARA “MƏŞHƏR SSENARİSİNİ” REALLAŞDIRA BİLƏRMİ? – “Bu halda Türkiyə ən radikal addım atmaq haqqına sahibdir…”

9

Bildiyimiz kimi, Bosfor və Dardanel boğazları Qara və Aralıq dənizlərini birləşdirir. Hava şəraitini çıxmaq şərtiylə Rusiya hərbi donanmasının boğazları keçməklə Aralıq dənizinə rahat çatmasını əngəlləyən heç bir faktor yoxdur. Boğazlardan sərbəst keçid izni təkcə Rusiyaya yox, bütün Qara dəniz sahil dövlətlərinə də aiddir. Amma böyük hərbi donanmaya və geostrateji maraqlara malik olan Rusiya xüsusilə diqqət çəkir. Bəs,Türkiyə nəyə görə Rusiya hərbi gəmilərinin sərbəst keçidinə qadağa qoymur?

Çünki Türkiyənin qarşısında beynəlxalq öhdəlik var. Belə ki, 1936-cı ildə İsveçrənin Monrtö şəhərində Türkiyənin ərazisində yerləşən Bosfor və Dardanel boğazlarının beynlxalq hüququ statusu ilə əlaqdar konfrans keçirilib. Konfransdan çıxan qərara görə, Türkiyə beynəlxalq dəniz hüququnun prinsiplərinə rəayət edəcəyi öhdəliyi götürüb. Konfransda Qara dənizə sahilləri olan ölkələrlə yanaşı Böyük Britaniya, Fransa,Yaponiya, Avstraliyada iştirak edib.

1936-cı ildən indiyədək Türkiyə bu konvensiyanın şərtlərini heç zaman pozmayıb. Amma bu sənəd dövlətlərə müəyyən məhdudiyyətlər qoyulur. Geostrateji mövqe uğrunda gedən amansız çəkişmələr zamanı mövcud maraqlar həmişə ön plana keçir. Tarixdə heç nə əbədi və statik deyil. Montrö doktrinasının şərtləri də yalnız dinc dövr üçün keçərlidir.

Əgər Türkiyə Suriya ilə müharibəyə başlasa və bu müharibədə Rusiya Əsəd rejimini dəstəkləsə, onda Ankaranın boğazları bağlamaq hüququ var. Təbii ki, Rusiya bunu yaxşı billir. Ona görə də çalışır ki, Suriyadakı münaqişəni süründürə-süründürə öz xeyrinə həll etsin.

 

 

2015-ci ildə Türkiyəyə məxsus “F-16” qırıcı təyyarəsi Rusiyanın “Su-24” təyyarəsini vurandan sonra boğazların bağlana biləcəyi gündəmə gəlmişdi. Hadisələrin qızğın çağında Rusiyanın “RTR” televiziya kanalının müxbiri Kremlin mətbuat xidmətinin rəhbəri Dimitri Peskovadan soruşmuşdu ki,əgər Türkiyə boğazları bağlasa, Moskva nə edəcək?

Onda D.Peskov bildirmişdi ki, bu məşhər ssenarisidir və gəlin bunu müzakirə etməyək.

İndi bəzi hallarda boğazlarla bağlı statusun dəyişdirilməsini söyləyənlərə də rast gəlinir.Ancaq belə baxanda boğazlar məsələsinə yeni format verilməsinə ehtiyac yoxdur. Çünki mühribə şəraiti olarsa, elə 1936- cı ildə əldə olunmuş razılaşmanın müvafiq bəndləri Türkiyənin ən radikal addım atmasına haqq qazandıracaq.

Vəziyyətin daha kəskinləşəcəyi təqdirində Ankaranın hansı addımlar atacağıyla əlaqədar Türkiyənin “Yeni Şəfəq”qəzeti Rusiya Araşdırmalar İnstitunun professoru Salih Yılmazın fikirlərini öyrənib.

Salih Yılmaz deyib: “Suriyada hərbiçilərin ölüdürlməsi onu göstərir ki,Tükiyə daha ciddi tədbirlər görməlidir. Məlumdur ki, Rusiya İdlibə hücum edən Bəşər Ədəd rejimini açıq şəkildə dəstəkləyir. Rusiyanın boğazlar vasitəsiylə Suriyaya qanadlı raketlərlə təchiz olunmuş döyüş gəmilərini göndərməsi yeni diskusiyanın yaranmasına səbəb olub.

 

 

Suriyaya gedən hərbi gəmilərin boğazdan keçişini bağlamaq üçün Türkiyə Montrö konvesiyasının 21-ci bəndinə əsaslana bilərSuriya rejiminin istifadə etdiyi tanklar Suriyaya hava yolu ilə yox, dəniz yoluyla çatdırılır. Biz həmçinin bilirik ki, Livyadakı Həftərə göndərilən silahlar da boğazlardan keçir.

Əgər İdlibdəki türk hərbiçilərə edilən hücumun məsuliyyətini Suriya daşıyırsa, onda müharibə təhlükəsini hiss edən Türkiyə Əsəd rejimini dəstəkləməyə gedən istənilən hərbi gəminin qarşısı almalıdır. 21-ci bəndi əsas gətirərək, silah daşıyan bütün gəmiləri durdurmaq olar.

Salih Yılmaz daha sonra bildirib: “Türkiyənin istəyi ilə çağrılan NATO-nun təcili yığıncağında alyansın 5-ci bəndinin tətbiq edilməsi də gündəmdə olub.NATO nizamnaməsinin 5-ci bəndində deyilir ki, öz sərhədləri hüdudunda alyansın istənilən müttəfiqinə edilən hücum bütün NATO ölkələrinə qarşı hücum hesab olunur. Lakin burada bir nüansa xüsusi diqqət ayırmaq lazımdır.Terror təhlükəsi və güclü miqrasiya halında da NATO-nun 5-ci bəndi qüvvəyə minir. Hazırda Türkiyə qaçqınlar təhlükəsiylə üzləşib. Milyonlarla qaçqın Türkiyə sərhəddi boyunca gözləyir. Digər yandan isə 5-ci bənddə qeyd olunduğu kimi terror təşkilatlarının üzvləri də sərhəddi keçə bilər”

S.Yılmaz İdlib çivarındakı son döyşlərə də toxunaraq deyib: “Suriya müxalifətinin son nəaliyyətləri İdlibdəki qüvvələr balansını dəyişib. Türkiyə hərbçilərinin “Pilotsuz Uçuş Aparatı”ndan istifadə etməsi Əsəd rejiminin İdlibdə qurduğu istehkamları dağıtdı və nəticədə rejim gücləri müxalifətdən qopardığı ərazilərdən geri çəkilmək məcburiyyətində qaldı. Danışıqlar masası arxasında hərbi variantları ortaya qoyan Türkiyə diplomatik metodları arxa plana itələməməlidir. Əgər Rusiya özünün dediyi kimi Əsəd rejiminə mane ola bilmirsə, onda onların hərəkətlərinin doğura biləcəyi nəticələrlə da barışmalı olacaq. Deməli, əgər hücumların arxasında rejim gücləri varsa, onda Rusiya Türkiyənin görəcəyi tədbirlərə qarşı çıxmamalıdır”./azpolitika.info/