Ankara-Vaşinqton “savaş”ının görünməyən üzü: kürd dövlətinin yaradılması və… – ABŞ-ın ŞOK TƏLƏBLƏRİ

    6

    Türkiyənin Silahlı qüvvələrinin Baş qərargahının keçmiş rəis müavini Ergin Sayqun Vaşinqton və Ankara arasında yaranan gərgin münasibətlərin səbəbləri haqqında danışıb.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, “Günəş” nəşrinin yazdığına görə, o, Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını gərginliyin eskalasiyası üçün yalnız bəhanə adlandırıb.

    Keçmiş hərbçinin sözlərinə görə, ABŞ Türkiyənin inkişafı və gücləndirilməsini sadəcə istəmir və yalnız İsrailin gücləndirilməsində maraqlıdır.

    “Yaxın Şərqdə İsrailin təhlükəsizliyi və energetika resursları üzərində nəzarəti təmin etmək Qərb üçün əhəmiyyətlidir. İsrailə düşmən ölkələr ortadan qaldırılır. Bu xəttin sonunda Türkiyə dayanır. Bunu söyləməliyəm, çünki bu həqiqətdir. Türkiyəylə Amerikanın münasibətlərində problemlərin S-400 məsələsindən daha genişmiqyaslı olmasından qorxuram. Fikrimcə, S-400 bunların yalnız kiçik bir hissəsidir”, – sabiq hərbçi deyib.

    Bundan başqa, o əlavə edib ki, əgər Ankara və Vaşinqton S-400 üzrə razılaşmaya gəlsə, onda ABŞ Türkiyəyə yeni tələblərini təqdim edəcək. Xüsusi halda, Sayqunun fikrincə, Birləşmiş Ştatlar İranla əlaqələri kəsməyi, Suriyada kürd dövlətini yaratmağı tələb edəcəklər, həmçinin Kiprdə resursları əldə etməyi qadağan edəcəklər.

    “Yəni, fikrimcə, S-400 və ya F-35 problem deyil. Amerika Türkiyənin müstəqil xarici siyasətindən narazıdır və arzu etmir ki, Türkiyə regional dövlət olsun”, – keçmiş hərbçi hesab edir.

    Sayqun həmçinin əlavə edib ki, Rusiyanın F-35 təyyarələri haqqında məxfi məlumatları alacağı barədə Vaşinqtonun bəyanatlarının heç bir əsası yoxdur, çünki, bu qırıcıların sirləri Moskvaya çoxdan məlumdur.

    Onun sözlərinə görə, Amerika hakimiyyəti hələ on il əvvəl Türkiyənin F-35 proqramından çıxarılmasını müzakirə edirdi:

    “Ankara bu təyyarələri alsa, onda Yaxın Şərqdə güc balansı dəyişəcək və İsrail havada üstünlüyünü itirəcək. Amma ABŞ buna imkan verə bilməz, çünki, regionda enerji resurslarları üzərində nəzarəti itirəcək”.