87 yaşlı qadının digər ayağı da kəsildi: “Əməliyyat uğurlu keçib“

    18

    Angioloji və Mikrocərrahiyyə Mərkəzinin baş həkimi Azər Şəmsəddinski ANS PRESS-ə bildirdi ki, əməliyyat uğurlu keçib: “Əməliyyat bir saatdan çox davam etdi. Heç bir qan itkisi olmadı. Tərlan xanımın ayağı budun orta hissəsindən amputasiya edildi. Hazırda reanimasiya şöbəsindədir. Səhhəti barədə hələlik nə isə demək tezdir. Ancaq hələlik hansısa problem görünmür”.