Angela Merkeli əvəzləyə biləcək şəxsin adı açıqlandı

195
German Chancellor Angela Merkel, wearing a protective face mask, gestures during an EU summit in Brussels on July 20, 2020, as the leaders of the European Union hold their first face-to-face summit over a post-virus economic rescue plan. (Photo by JOHN THYS / POOL / AFP) (Photo by JOHN THYS/POOL/AFP via Getty Images)

Almaniya kansleri Angela Merkeli səhiyyə naziri Yens Şpan əvəz edə bilər.

Bu barədə “Bild” Xristian Demokratlar İttifaqının (XDİ) rəhbərlərindən birinə istinadla xəbər verib.

Bildirilir ki, o koronavirus pandemiyası zamanı ölkəsində böyük populyarlıq və etimad qazanıb.

Nəşrin məlumatına görə, Şpan artıq XDİ nümayəndələri ilə öz şansını müzakirə edib.

“O mənə açıq şəkildə bildirdi ki, mart ayında sorğuda nəticələri Laşetin nəticələrindən daha yaxşı olarsa, özünü kansler vəzifəsinə namizəd göstərməyə hazır olacaq”, – deyə qəzet anonim mənbədən sitat gətirib.

Yanvar ayında Almaniyada XDİ-nin qurultayı keçiriləcək. Burada partiyanın yeni lideri seçiləcək. 2021-ci ilin sentyabrında Bundestaqa seçkilər planlaşdırılıb.

oxu.az