“And içirəm ki, koronavirusa yoluxmamışam” – İran XİN başçısı

9

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı ilə görüşdə maraqlı hadisə yaşanıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, İran XİN başçısı Aleksandr Şallenberqlə görüşdə koronavirus infeksiyasını lağa qoyub.

“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”. – o qeyd edib.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.