Anasının 12 min manatını oğurladı – BAKIDA

    21

    Bakıda anasına məxsus külli miqdarda pulu oğurlamış qız tutulub.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12.000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

    Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

    İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

    Faktla bağlı araşdırma aparılır.