Anarla Çingiz Abdullayev Tofiq Yaqublunun həbsindən danışdı “İmkan varsa, azad olunsun”

126

Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin rəhbəri Anar Tofiq Yaqublunun həbsi ilə bağlı danışıb.

Anar tanınmış siyasətçi, jurnalist və ictimai xadimlərin həbsxanada olmasını istəmədiyini bildirib:

“Tofiq Yaqublunun məhkəmə prosesinin detalları mənə məlum deyil, ona görə onun həbsini qiymətləndirə bilmərəm. Ancaq deyə bilərəm ki, mən istəməzdim ki, tanınmış siyasətçi, jurnalist və ya ictimai xadim həbsxanada otursun”.

Xalq yazıçısı Çingiz Abdullayev isə Tofiq Yaqublunun imkan varsa azad olunmasını qeyd edib:

“Tofiq Yaqublunun işinin detallarından xəbərim yoxdur, ona görə şərh vermək mənə çətindir. Hər halda, düşünürəm ki, aydınlaşdırmaq və imkan varsa, onu azad etmək lazımdır. Üstəlik, o, Qarabağ müharibəsi veteranıdır. Mən, ümumiyyətlə, həbsdən daha yumşaq metodların tətbiqinin tərəfdarıyam”.  /Turan