Anar Burcəliyevin sakinlərlə görüşü davam edir – FOTOLAR

15

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Anar Burcəliyevin sakinlərlə görüşü davam edir.

Ruh yüksəkliyi ilə keçən hər bir görüşlərdə Anar Burcəliyev seçicilərə Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, bu siyasətin əsas qolu olan respublikada gəncləşmə siyasətinin uğurla həyata keçirildiyindən eləcə də 2020-ci ili Gənclər ili olaraq elan edilməsindən, ölkədə gedən kadr, iqtisadi-siyasi islahatların uğurla davamından söhbət acılıb.

Görüş çərçivəsində Anar Burcəliyev seçiciləri narahat edən problemlərlə bağlı onları maraqlandıran sualları cavablandırıb və etimad göstəriləçəyi təqdirdə bu məsələlərin həlli istiqamətində hər bir seçicinin yanında olmaqla, məsələlərin həllinə çalışacağını bildirib.

Hurriyyet.org