Ana və qızı dəm qazından zəhərləndi – Sumqayıtda

    33

    Sumqayıtda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

    Hurriyyet.org xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsinin Şirvan yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü Könül Nəsibova və onun qızı, 2006-cı il təvəllüdlü Günay Nəsibova dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.