Ana oğlunu ölümdən qurtaran gənci axtarır – “Qarşısında baş əymək istəyirəm”

    9

    Dünən Bilgəh çimərliyində dənizdə bir neçə gəncin batması hadisəsi baş vermişdi. Batan gənclərdən biri xilas edilib, digərinin isə meyiti sahilə çıxarılıb.

    Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, batanlardan birinin anası Zemfira Məmmədova oğlunu xilas edən naməlum gənci axtarır.

    "Dünən Bilgəhdə dənizdə bir neçə gəncin batmasının canlı şahidi olduq. Mənim oğlum batanları xilas etmək üçün suya baş vurdu, amma onlara çatanda özü batmağa başladı. Birdən bir hündür gənc ona doğru üzərək oğlumu çıxardı, sonra o birilərinin ardıyca getdi. Mənim oğlum qorxudan özünə gələnə kimi, 15 dəqiqənin içində həmin oğlan batmış gəncin meyitini çıxardı. Sonra adam çoxaldı deyə onu itirdim”.

    Zemfira Məmmədova həmin gənci axtarır:

    "Yaşı təxminən 25-27, idman bədənli, əzələli, başı keçəl, saqqallı, boyu hündür idi. Mən gərək, onu və ailəsini tapım, oğluma ikinci həyat verən bu qəhrəmanın valideynlərinin qarşısında baş əyim. Nə qədər sağam, mən bunu etməliyəm. Xahiş edirəm, kim onu tanıyırsa, o gün Bilgəhdə idisə, mənə yazsın”.