AMERİKANI TƏHDİD ETDİ: “Sizə ağlınıza gəlməyəcək faciəni yaşatdıra bilərik!”

    9

    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pensonun Şimali Koreyanı “nüvə silahları ilə bağlı ABŞ-ın şərtlərini qəbul eləməsəniz, axırınız Liviya kimi olacaq” təhdidindən sonra Pxenyan da öz növbəsində bu təhdidə cavab verərək, Vaşinqtonu, Tramp-Kim görüşünün baş tutmayacağı ilə hədələyib. Həmçinin, Şimali Koreyanı təhqir edən Amerikaya müraciətlə: “Onların öz dili ilə desək, ABŞ-a bu günə qədər yaşamadığı, hətta xəyalına belə gətirə bilməyəcəyi qorxunc bir faciəni yaşada bilərik”, – deyildi.

    Şimali Koreyadan verilən açıqlamada bildirilir: “Amerikanın Pxenyanın xoş niyyətinə zərər verəcək hüquqsuz və səviyyəsiz davranışlara davam edəcəyi təqdirdə, ABŞ prezidenti Donald Tramp ilə Kim Çenin arasında keçirilməsi gözlənilən görüşdən imtina edə bilərik”.

    Hurriyyet.org