Amerikalı senator NATO-nu Türkiyəni havadan dəstəkləməyə çağırdı

    6

    Hurriyyet.org xəbər verir ki, amerikalı respublikaçı senator Marko Rubio Rusiyanın İdlibdəki Türkiyə müşahidə məntəqələrini mühasirəyə alan Bəşər Əsəd qüvvələrinin geri çəkilməli olduğunu söyləyib.

    Rubio deyib: “Rusiya İdlibdəki Türkiyə nəzarət nöqtələrini əhatə edən Əsəd qüvvələrini geri çəkməlidir. NATO Türkiyəyə hava dəstəyi, kəşfiyyat dəstəyi və suriyalı qaçqınlara yardım edən təşkilatlarına maliyyə dəstəyi verməlidir”.

    Hurriyyet.org